Foto 20:36 04.07.2018

Azərbaycan ordusu döyüş atışlarına başladı (VİDEO)

Azərbaycan ordusunun genişmiqyaslı təlimlərin gündüz və gecə vaxtı döyüş atışlı mərhələsi başlayıb. 

Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, bu mərhələdə qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması, müdafiənin əlverişli hədlər üzrə bərpa olunması və genişmiqyaslı hücum əməliyyatının keçirilməsi tapşırıqlarını icra edir.

Müxtəlif təlim poliqonlarında yeni silah sistemlərinin də istifadəsilə motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, təyyarə və helikopterlər döyüş atışları, praktiki raket buraxılışları və bombalama icra edir.