Foto 17:43 30.01.2018

Azərbaycan Ordusu təlimlərə başladı (FOTOLAR)

Azərbaycan Ordusunun qoşun növ və qisimlərinin birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrü başlayıb. 

Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, bütün hərbi hissələrdə mitinqlər təşkil edilib və burada tədris dövrü üçün əsas məqsədlər və vəzifələr, eləcə də, onların icra qaydaları diqqətə çatdırılıb.

Ordumuzda tədris prosesi Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə quruda, dənizdə, havada real təhdid və risklərin nəzərə alınması ilə təşkil edilərək keçiriləcək.

Dərslərin ilk günü bütün hərbi hissələrdə yüksək effektivlik və keyfiyyəti ilə  fərqlənən döyüş hazırlığı üzrə məşqlər keçirilib.