Foto 15:45 04.12.2018

Azərbaycan ordusunun hərbi birliyində döyüş atışlı təlim keçirilib (FOTO/VİDEO)

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən, ümumqoşun poliqonunda hərbi birliyin döyüş atışlı təlimi keçirilib.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ssenariyə uyğun olaraq, təlimlərə cəlb olunan motoatıcı, artilleriya, zirehli tank və mühəndis-istehkam bölmələri döyüş atışları icra edib.

 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!