Foto 16:39 21.01.2018

Azərbaycan ordusunun polkovniki dəfn edildi (YENİLƏNİB/FOTOLAR)

Dünən cəbhənin Füzuli istiqamətində hərbi xidmətini yerinə yetirən zaman həlak olan polkovnik Rəhim Əliyev dəfn edilbi.

Qaynarinfo qaziler.az-a istinadən xəbər verir ki,polkovnik Bakıda, "Qurd Qapısı" deyilən ərazidə - hərbçilərin qəbiristanlığında torpağa tapşırılıb.

Vida mərasimi və dəfn prosesi müdafiə mazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbaninin aparıcılığı ilə keçirilib.

Dəfndə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev, general Rasim Əliyev, hərbçilər, keçmiş döyüşçülər, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, BAMF-ın prezidenti Umud Rəhimoğlu, Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov da iştirak ediblər.

Allah rəhmət eləsin!
 
***
15.22
 
Təlim mərkəzlərindən birində məşğələ keçirilən zaman bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçu Əliyev Rahim Əhməd oğlu hərbi rituallara uyğun olaraq dəfn olunub.

Qaynarinfo Müdafiə Nazirliynin saytına istinadən xəbər verir ki, faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!