Foto 11:33 24.09.2019

Azərbaycan ordusunun şəhid əsgərinin FOTOLARI

İki gün öncə Ermənistan silahlı qüvvələri tərəfindən neytral zonada vurulan əsgər Ramin Abdulrəhmanovun fotosu yayılıb.

Şəhid əsgərimizin şəkillərini yaxınları sosial şəbəkədə paylaşıb.

Əslən Quba rayonundan olan R.Abdurrəhmanovun sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Qeyd edək ki, əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunmuşdu.(BAKU.WS)