Ölkə 11:37 23.09.2019

Ermənilər azmış əsgərimizi vurub (RƏSMİ)

Sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Bu barədə Qaynarinfo-ya sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyyəsini təmin etmək məqsədi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.

"Ermənistanın KİV-də guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır", - Azərbaycan Müdafiə Nazirliyinən bildirilib.