İdman 11:53 31.03.2019

Azərbaycan polisi Türkiyədə futbol oynayacaq

Türkiyə Polis Təşkilatının qurulmasının 174-cü ildönümü ilə bağlı beynəlxalq futbol turniri keçiriləcək.

Qaynarinfo İstanbul Polis İdarəsinə istinadən xəbər verir ki, yarış aprelin 2-də start götürəcək. Yarışın püşkü sabah Türkiyə Futbol Federasiyasının Rivadakı bazasında keçiriləcək.

İlk oyunlar aprelin 2-də baş tutacaq. Rivada baş tutacaq oyunlardan sonra finalçılar müəyyənləşəcək. Final qarşılaşması aprelin 6-da Super Liqanın "Qalatasaray" - "Yeni Malatyaspor" matçından əvvəl Türk Telekom stadionunda baş tutacaq.

Turnirə Türkiyə polis komandası ilə yanaşı, Azərbaycan, Rusiya, İspaniya, İtaliya, Şimali Kipr, Qətər, Bosniya və Şersoqovina polis təşkilatının təmsilçiləri qatılacaq.