İdman 13:22 20.01.2020

Azərbaycan Premyer Liqası dünyanın ən güclüləri arasında neçənci oldu?

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) hər il olduğu kimi yenə dünyanın ən güclü futbol liqalarının siyahısı açıqlayıb.

Qaynarinfo xəbər verir ki, 100 çempionatın yer aldığı siyahıya Azərbaycan Premyer Liqası da düşüb. Çempionatımız 349 xalla 56-cı olub. Ötən ilki siyahıda 70-ci yeri tutan Premyer Liqamız bir ildə 14 pillə irəliləyib.

Azərbaycan çempionatı İran, həmçinin milyonlarla dollarlıq transferlərə malik ABŞ və Qətər liqalarını da arxada qoyur. Ermənistan birinciliyi isə siyahıda 80-ci yeri tutur.

"TOP-100"ə İngiltərə Premyer Liqası başçılıq edir (1287 xal). Futbolun yaradıcıları bir il əvvəl 2-ci yerdə idi.

Braziliya A Seriyası ikincidi (1165 xal). Zirvəni əldən verən İspaniya La Liqası üçüncü sırada yer alıb (1141 xal).

Türkiyə Super Liqası 8 pillə gerilyərək 28-ci (523.5 xal), Rusiya Premyer Liqası 9 pillə geriləyərək 26-cı (538.5 xal) yerə düşüb.