İdman 09:14 24.08.2019

Azərbaycan Premyer Liqası: II tura start verilir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.
 
Qaynarinfo xəbər verir ki, turun oyunları 3 günü əhatə edəcək.

Açılış matçında "Sumqayıt” öz meydanında "Səbail"i qəbul edəcək."Kapital Bank Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq. 

Komandalar bu vaxta qədər Premyer Liqada 8 dəfə üz-üzə gəliblər və hərəyə 3 qələbəyə seviniblər. Qələbələrin sayında olduğu kimi topların nisbəti də bərabərdir - 6:6. "Səbail" Aftandil Hacıyevin rəhbərliyi altında son iki görüşdə "Sumqayıt"a uduzmayıb. 

Qeyd edək ki, II turun "Sabah" - "Keşlə" və "Qarabağ" - "Qəbələ" oyunları avqustun 25-də, "Zirə" - "Neftçi" dueli isə avqustunda 26-da olacaq.

24 avqust (şənbə)

19:00.  – "Səbail”

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Namiq Bəkirov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Sumqayıt, "Kapital Bank Arena”