İdman 09:25 23.09.2019

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Zirə" ilə qarşılaşacaq

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulacaq.
 
Qaynarinfo xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" səfərdə "Zirə"nin qonağı olacaq. Zirə Olimpiya Kompleksinin stadionunda təşkil ediləcək qarşılaşmanı FIFA referisi Rauf Cabbarov idarə edəcək.

Komandalar ölkə çempionatlarında indiyədək 16 dəfə qarşılaşıb. "Zirə" heç bir görüşdə qalib gələ bilmədiyi halda 12 dəfə uduzub. Qalan 4 görüşdə isə heç-heçə qeydə alınıb. "Qarabağ” son üç qarşılaşmada qol buraxmayıb. Top fərqində də Qurban Qurbanovun komandasının aşkar üstünlüyü var - 6:33.

Azərbaycan Premyer Liqası, 5-ci tur

23 sentyabr

19:00. "Zirə” – "Qarabağ”

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu
 
Turun digər qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb.
 
"Sumqayıt" - "Sabah" 1:0
(Sertan Taşkın, 34)
 
"Səbail" - "Qəbələ" 1:1
(Rövlan Muradov, 17, Mirabdulla Abbasov, 68)
 
"Neftçi" - "Keşlə" 0:0
 
N Klublar O Q H M T-F X
1 Qarabağ 4 4 0 0 10-0 12
2 Səbail 5 3 1 1 7-6 10
3 Keşlə 5 2 1 2 6-3 7
4 Zirə 4 2 1 1 4-3 7
5 Sumqayıt 5 2 0 3 5-7 6
6 Neftçi 5 1 2 2 3-5 5
7 Qəbələ 5 1 1 3 2-10 4
8 Sabah 5 0 2 3 2-5 2
 
Bombardirlər: İsmayıl İbrahimli ("Qarabağ"), Mehdi Şərifi ("Sumqayıt"), Lorenzo Frutos ("Keşlə"), Mirabdulla Abbasov ("Səbail") - 3 qol