İdman 21:02 17.08.2019

Azərbaycan Premyer Liqası: "Qəbələ" "Sumqayıt"a məğlub oldu

Bu gün Azərbaycan Premyer Liqasının ilk turunda daha bir qarşılaşma keçiriləcək.

Qaynarinfo xəbər verir ki, ötən mövsüm ölkə kubokunun qalibi olan "Qəbələ" finalda məğlub etdiyi "Sumqayıt"ı qəbul edib. 

Qəbələ şəhər stadionunda keçirilən görüşdə "Sumqyıt" 2:0 hesabı ilə qalib gəlib. 

Komandalar bu vaxta qədər çempionatda 28 dəfə üz-üzə gəliblər. Bunlardan 17-də "Qəbələ", 3-də isə qonaqlar meydanı üç xalla tərk edib. 8 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqində də meydan sahiblərinin aşkar üstünlüyü var - 47:21. 

"Qəbələ" rəqibinə qarşı evdə keçirdiyi bütün çempionat matçlarında qol sevinci yaşayıb. "Gənclik şəhəri" təmsilçisi isə səfərdə heç vaxt rəqibini məğlub edə bilməyib.

Qeyd edək ki, turun digər oyunlarından "Səbail" - "Zirə" matçı avqustun 18-də, "Neftçi" - "Sabah" dueli isə avqustun 19-da olacaq.

Premyer Liqa
2019/20 mövsümü
I dövrə, I tur

17 avqust
19.00 Qəbələ – Sumqayıt 0:2
Qollar: Mehdi Şərifi, 13, 29

Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Rəşad Əhmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu