Ölkə 19:35 28.08.2013

Azərbaycan prezidenti fərman verdi


Azərbaycan prezidenti İlham Əliyev “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği artırılaraq I qrup müharibə əlillərinə 110 manat, II qrup müharibə əlillərinə 85 manat, III qrup müharibə əlillərinə 60 manat müəyyən edilib.

Qaynar.info