Ölkə 17:40 16.05.2013

Azərbaycan prezidenti Şamaxıya getdi

Azərbaycan prezidenti İlham Əliyev mayın 16-da Şamaxı rayonuna səfər edib.

APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin Şamaxı şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

 Azərbaycan prezidentinə abidənin yerləşdiyi Heydər Əliyev Parkında yaradılan şərait barədə məlumat verilib.