“Region” Beynəlxalq Analitik Mərkəz ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi vətəndaş cəmiyyəti ilə bağlı araşdırma aparıb. Qaynar.info Mediaforum-a istinadən xəbər verir ki, araşdırmada qeyri-hökumət təşkilatlarına ayrılan qrantların həcmi də yer alır.
Araşdırmaya görə, 2007-ci ildə 52 donor təşkilatından 5 milyon dollardan çox qrant alınıb. 2009-cu ilə bu rəqəm 57 donor təşkilatından 5 844 025.4 dollar, 3 095 578 avro, 105 000 funt-sterlinq, 1 921 500 türk lirəsi və 15 000 Kanada dolları olub.
2011-ci il ərzində isə QHT-lərə 12 452 738,37 dollar, 4 334 469,54 avro, 259 617,50 funt-sterlinq, 21 904 İsveçrə frankı, 9 715 000 Norveç kronu, 3 020 000 rus rublu və 43 250 Kanada dolları məbləğində qrant verilib.
2012-ci ildə ümumi alınan qrant məbləği 39 542 569 manat olub, bunun 21.090.811 manatı birbaşa xarici donorların payına düşüb.
2013-cü ildə isə QHT-lərin illik büdcəsi 65 milyon manatı ötüb. Bunun təxminən 35 faizini, 22 milyon manatdan çoxunu xarici donorlar verib.
Qaynar.info
Şərhlər