Ölkə 19:34 14.11.2019

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Qanun ləğv edildi

"Azərbaycan Respublikasının Dövlət gerbi haqqında" Azərbaycan Respublikasının 1993-cü il 19 yanvar tarixli 460 nömrəli Konstitusiya Qanununun ləğvi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilib. 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin III hissəsini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 19 yanvar tarixli 460 nömrəli Konstitusiya Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, №1, maddə 23) ləğv edilsin.