Ekonomiks 11:17 26.08.2013

Azərbaycan-Rusiya sərhədində tıxac

Azərbaycan-Rusiya sərhədində yerləşən Samur gömrük keçid məntəqəsində avqustun 24-də Azərbaycandan qonşu ölkəyə gedən minik avtomobillərinin böyük növbəsi yaranıb.

SalamNews-un bölgə müxbirinin sözlərinə görə, Samur gömrük keçid məntəqəsinin girəcəyində Rusiyaya keçmək üçün növbə gözləyən 150-ə yaxın sərnişin avtomobili sıraya düzülüb. Yaranmış böyük izdiham buradakı insanların narazılığına səbəb olub.

Məntəqədən bildirilib ki, Azərbaycan tərəfində heç bir problem yoxdur. Növbələr Rusiya tərəfində Dağıstanın Samurla həmsərhəd olan Məhərrəmkənd keçid məntəqəsində texniki problemin olması ilə əlaqələndirilir.

Qaynar.info