İdman 22:02 04.09.2017

Azərbaycan San Marinoya 5 qolla qalib gəldi

"DÇ-2018"in seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilir. "Qaynarinfo" xəbər verir ki, Azərbaycan millisi VIII tur çərçivəsində San Marinonu qəbul edib.

3 gün əvvəl biabırçı oyunla Norveçə 0:2 hesabı ilə yenilən yığmamız bu dəfə darmadağına sevinib - 5:1. Yığmamızın heyətində Əfran İsmayılov dubl edib, Araz Abdullayev və Rəşad Sadıqov bir qol vurub. Daha bir topu rəqibin futbolçusu Miçel Cevoni öz qapısından keçirib. San Marinonun təsəlli qoluna isə Mirko Palazzi imza atıb.

Bu nəticədən sonra Azərbaycan millisi ən azı Şimali İrlandiya - Çexiya və Almaniya - Norveç oyunları bitənədək qrupda üçüncü pilləyə yüksəlib.

DÇ-2018 

Seçmə mərhələ

C qrupu, VIII tur

4 sentyabr

Azərbaycan - San Marino 5:1

Qollar: Əfran İsmayılov, 20; 57. Araz Abdullayev, 25. Miçel Cevoni, 71 (avtoqol). Rəşad Sadıqov, 81 - Mirko Palazzi, 74.

Azərbaycan: 23. Səlahət Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 7. Araz Abdullayev (8. Renat Dadaşov, 72), 11. Ramil Şeydayev, 13. Təmkin Xəlilzadə, 14. Rəşad Sadıqov, 16. Cavid Hüseynov (2. Qara Qarayev, 69), 19. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 21. Tərlan Quliyev, 22. Əfran İsmayılov (18. Ağabala Ramazanov, 62).

Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 12. Anar Nəzirov, 4. Pavlo Paşayev, 5. Ürfan Abbasov, 9. Namiq Ələsgərov, 10. Ruslan Qurbanov, 15. Ruslan Abışov, 17. Mahir Mədətov.

Baş məşqçi: Robert Prosineçki.

San Marino: 1. Aldo Simonçini, 2. Davide Sezarini, 3. Andrea Qrandoni, 4. Miçel Cevoni, 6. Mirko Palazzi, 7. Aleks Qasperoni (20. Joze Hirş, 77), 11. Alessandro Qoluniççi, 13. Alessandro Della Valle, 14. Miçel Servelini (19. Luka Tosi, 27), 16. Danilo Rinaldi (9. Mattia Stefanelli, 86), 17. Fabio Tomassini.

Ehtiyat oyunçular: 12. Ciakomo Muraççini, 23. Mattia Manzaroli, 5. Fabio Vitaioli, 8. Miçel Battistini, 10. Maykol Berretti, 15. Kristian Brolli, 18. Marko Bernardi.

Baş məşqçi: Pyerancelo Manzarolli.

Hakimlər: Nikola Dabanoviç, Milutin Djukiç, Yovitsa Tatar, Pavle Radovanoviç (Monteneqro).

Hakim-inspektor: Kay Osterqard (Danimarka).

Komissar: Oljas Abrayev (Qazaxıstan).

"Bakcell Arena".

1. Almaniya770029:2  21

2. Şimali İrlandiya        751114:2  16

3. Azərbaycan        83148:12   10

4. Çexiya        723210:7   9

5. Norveç72148:10   7

6. San Marino        70071:33   0

Qaynarinfo.Az