Foto 10:50 08.03.2018

Azərbaycan sərhədini pozan Suriya vətəndaşı saxlanıldı (FOTOLAR)

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, martın 7-də Lənkəran sərhəd dəstəsinin Astara şəhəri yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən nəzarət-iz zolağında İran İslam Respublikası əra­zi­sindən Azərbaycan Respublikası istiqamətində naməlum şəxsin ayaq izləri aşkar olunub.

Təxirəsalınmaz sərhəd axtarışı tədbirləri nəticəsində sərhəd po­zu­cusu Astara-Ər­çivan magistral yolunda yanacaq-doldurma mən­tə­qəsinin yaxınlı­ğın­da saxlanılmış, 1990-cı il təvəl­lüdlü Suriya vətən­da­şı Tahir Əli Əbdülsalam oğ­lu olması müəyyən­ləşdirilib.

Sərhəd pozucusunun üzərindən 2 ədəd özünə məxsus Suriya vətəndaşının pasportu, 2 ədəd qovluqda Azərbaycan Respubli­ka­sı­nın, Rusiya Federasiyasının və Belarusiyanın xəritələri, 1 ədəd dini ki­­tab, 578 ABŞ dolları, 1300 avro, 170000 İİR rialı aşkar olunmuşdur.

Fakt üzrə Azərbaycan Respublikasının Cina­yət Məcəlləsinin mü­vafiq maddəsi ilə cinayət işləri başlanılmış­dır, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.