“Çoxları üçün gözlənilməz olub”.
Space TV-də yayımlanan “Səadət” serialında maraqlı səhnə - oriyental rəqs efirə gedib.
Qaynar.info AzVision.az-a istinadla xəbər verir ki, həmin səhnədə serialın aktyorlarından biri olan müğənni Rəmal Rəsul “Və sən getdin” mahnısını restoranda ifa edir.
Onun dediyinə görə, səhnə ilə bağlı müxtəlif reaksiyalar alıblar: “Çoxları üçün gözlənilməz olub. Açığı, əvvəlcə özümüzdə də bir qədər tərəddüd var idi. Amma qərara gəldik ki, cəsarətli olmaq və çərçivələrdən çıxmaq lazımdır”.
Qaynar.info
Şərhlər