Texnologiya 12:19 26.07.2018

Azərbaycan sosial şəbəkəsindən "iPhone X" qazan - “Friendpy” böyüyür

Ölkədə 2017-ci ilin may ayından fəaliyyətə göstərən "Equpy" sosial şəbəkəsi ad dəyişikliyi ilə fəaliyyətinə davam etməyə başlayıb.

Bu barədə Qaynarinfo-ya "Friendpy” sosial şəbəkəsinin komandası tərəfindən məlumat verilib.

Bu sosial şəbəkə digərlərindən öz istifadə rahatlığı və sadəliyi, həmçinin funksiyalarının çoxluğu ilə fərqlənir. İstifadəçilər qeydiyyatdan keçərək öz şəxsi hesablarını yaradır, dostlarla  əlaqə qurur (yazılı, səsli və görüntülü mesajlaşma), qruplar, səhifələr, tədbirlər, elanlar yaradır və ya mövcud olanlara qoşulur. Şəbəkənin çoxsaylı funksiyalarına həmçinin oyunlar, filmlər əlavə etmək, alış-veriş imkanı v s. daxildir.  Şəbəkəyə dostlarını dəvət edənlərin isə nağd pul qazanmaq imkanı da var.

Avqust ayının 10-na qədər qeydiyyatdan keçmiş hər bir istifadəçi tanıtım məqsədilə 12 avqust tarixində keçiriləcək lotoreyada bir ədəd iPhone X smartfonu və onlarla qiymətli hədiyyə qazanma şansı əldə edəcək.

Saytın ünvanı: Friendpy.com