Ölkəmizdə əlilliyi olan aktyorlardan ibarət müstəqil ƏSA Teatrı yaranıb. Bu barədə teatrın təsisçisi və bədii rəhbəri Nihad Qulamzadə məlumat verib:

"Hazırda heyyətimiz on iki nəfərdən ibarətdir. Əsas heyyəti əlilliyi olan aktyorlar təşkil edir. Lakin əlilliyi olmayan aktyorlar da bu teatrda fəaliyyət göstərə biləcək. Dünyada əlilliyi olan və ya daun sindiromlu aktyorlar ibarət teatr olsa da sayları çox azdır. ƏSA Teatrı Azərbaycanda bir ilkə imza atır və gələcəkdə gördüyü işlərlə incəsənətin sərhəd, əngəl tanımadığını təsdiq edəcək. Hazırki dövrdə bu teatr Azərbaycan teatrının sözün əsl mənasında əsası olacaq".

Teatrın bədii rəhbəri oktyabr ayının başlanğıcında ilk tamaşalarının premyerasının olacağını deyir. Hazırda tamaşanın məşqləri gedir.

Qeyd edək ki, teatrın direktor vəzifəsini gənc təlimçi, motivator, “Uğurun Xəritəsi” kitabının müəllifi Murad Məmmədov daşıyacaq.

Teatrın rəsmi informasiya dəstəkçisi xeber365.com-dur. Ətraflı məlumatı teatrın "Facebook" səhifəsindən əldə edə bilərsiniz: https://www.facebook.com/esateatr


Qaynarinfo.Az