Foto 13:41 04.04.2018

Azərbaycan teatrının özəl “çıxışı” (FOTOLAR)

Ötən həftə paytaxtda öz üslubu ilə bütün teatrlardan fərqlənən yeni müstəqil teatr və sənət mərkəzi yaradılıb.  "Çıxış” adlanan bu teatr tanınmış rejissor İmam Həsənov tərəfindən təsis olunub. 

Teatrının təsisçisinin sözlərinə görə, "Çıxış” teatrının yaranmasında başlıca məqsəd, cəmiyyətimizdə güzgü rolunu oynamaq, pafoslu aktyor oyunundan uzaq nümayiş sərgiləmək, neorealizm qavramının teatrda təməlini qoymaqdır. 

Həmçinin İmam Həsənov onu da əlavə edib ki, yeni teatrın daimi truppası olmayacaq. Professional aktyorlara üstünlük verilməsi ilə yanaşı, qeyri-peşəkar aktyorlara da şans veriləcək. Teatr gənc və peşəkar rejissorların təkliflərinə açıqdı. Bununla yanaşı teatrda, film nümayişləri, sərgilər, poeziya axşamları və s. bu kimi tədbirlərin keçirilməsi də nəzərdə tutulur.

"Çıxış” teatr və sənət mərkəzi rəsmi açılışını 29 mart tarixində Müzəffər İzgünün "Sınır" adlı pyesi əsasında qurulmuş "Tikanlı münasibətlər" tamaşası ilə edib. Tamaşanın quruluşçu rejissoru İmam Həsənov, aktyorlar Niyaz İlyasoğluQorqud Cəfər, rəssam Şahnaz Ağayeva, dizaynerlər Aysel Əmirova Arif Əmirov, karikaturist Nuridə Mirqəvvamdır

Qeyd edək ki, "Tikanlı münasibətlər” tamaşası aprel ayının 7-si teatrın icarəyə götürdüyü Mirzə İbrahimov Küçəsi 22 ünvanında yerləşən məkanda təkrar nümayiş olunacaqdır. 

Eyni zamanda teatrın məkanına gələrək, xüsusi üslubda dizayn olunmuş art - kafedən də istifadə edə bilərsiniz.

"Çıxış” teatrının fəaliyyətini feysbuk vasitəsilə izləyə bilərsiniz: https://www.facebook.com/chixish/ Əlaqə nömrəsi:  +994 50 375 99 59