Ekonomiks 20:55 01.05.2015

Azərbaycan təzyiqlərə görə beynəlxalq təşkilatdan çıxa bilər

Azərbaycan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsündən (MHŞT) çıxa bilər.

Bunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov mətbuat konfransında deyib.

O, bildirib: "Biz Təşəbbüsdə iştirakımızı hasilat sahəsində şəffaflığın artırılması imkanı kimi nəzərdən keçirirdik, lakin onun mandatında müəyyən dəyişikliklər baş verdi, nəticədə MHŞT QHT-lərin maraqlarını dəstəkləyərək Azərbaycana təzyiq göstərməyə başladı".

Ş.Mövsümov qeyd edib ki, mart ayında keçirilmiş iclasda Azərbaycan çıxması barədə təklif irəli sürüldü: "Bu və ölkənin üzvlüyünün dondurulması təklifləri dəstəklənmədi. Yekunda Azərbaycanın statusunun namizəd səviyyəsinədək endirilməsi barədə qərar qəbul edildi".

O, əlavə edib ki, ölkə hökuməti bu qərarla razı deyil və hazırda Təşəbbüsdən çıxmaq imkanı nəzərdən keçirilir ("Trend").

Qaynar.info