Sənət 18:00 10.10.2014

“Azərbaycan Türk deyil” adlı kitab Təbrizdə qalmaqal yaratdı - FOTO


Təbriz Beynəlxalq Kitab Sərgisində satışa çıxarılan “Azərbaycan Türk deyil - Türkdillidir” adlı kitabın qalmaqala səbəb olduğu bildirilir.

Azərbaycan veb səhifələri, o cümlədən Təbriz Səsi və Günaz TV-nin yaydığı məlumata görə, kitab sərgisinə gələn çox sayda ziyarətçi kitabın nümayişinə etiraz ediblər.

Kiyamehr Firuzinin yazdığı 103 səhifəlik “Azərbaycan Türk deyil - Türkdillidir” kitabı Tehranın Behnegar nəşriyyatı tərəfindən yayılıb.

Kitabın məzmunu arxa cildində belə açıqlanıb:

“Pantürkistlər Azərbaycanı irq və dil baxımından İrandan ayrı göstərməyə çalışırlar. Lakin gerçək budur ki, Azərbaycan İran mədəniyyətinin ayrılmaz bir parçasıdır. Azərbaycan əhalisi Arya irqindəndir və onlar 4-cü əsrə qədər farscanın ləhcələrindən olan Azeri dilində danışırdılar. Türk dili Azərbaycanda 4-cü əsrdə Səlcuqların yürüşündən sonra yayılıb...” //Amerikanın səsi