Ekonomiks 16:59 26.02.2014

Azərbaycan Ukrayna istiqamətində yükdaşımaları dayandırdı

Yüklərin təhlükəsiz daşınmalarına zəmanət vermək çətindir.

Ukraynada baş verən son hadisələr ölkə ilə bağlı layihələri alt-üst edir.

Oxu.az abc.az-a istinadən bildirir ki, Azərbaycan Beynəlxalq Avtomobil Daşımaları Assosiasiyasının (ABADA) sədri Tofiq Nurullayev deyib ki, Ukrayna istiqamətində daşımalar dayandırılıb.

“Əvvəl bizim daşıyıcılarımız İran yüklərinin Ukraynaya daşınmasını fəal şəkildə transportasiya edirdilər. Amma indi onlar son hadisələrlə əlaqədar ora getmirlər” – deyə Nurullayev bildirib.

Keçən il Ukrayna və MDB-nin digər ölkələri istiqamətində daşınan yüklər Azərbaycan Beynəlxalq Avtomobil Daşımaları sektorunu böhrandan xilas etdi.

“Bu gün biz təhlükəsiz çatdırılmaya zəmanət verə bilmədiyimiz üçün Ukrayna istiqamətində yükdaşıma sifarişi qəbul etmirik. Eləcə də Rusiya ilə münasibətlərin tənzimlənməsi heç də ürəkaçan deyil.

Nəticədə ABADA üzvləri arasında yalnız 340 carnet TİR (beynəlxalq yükdaşıma iştirakçılarının kitabı) realizə edilib” – Nurullayev qeyd edib.

Assosiasiyanın iştirakçılarının ixtiyarında 1040 maşın var, yəni yanvarda bir yük maşınının hesabına 0,33 carnet TİR düşürdü.

Ötən il ABADA üzvlərinə yalnız 10 min BYY, amma 2012-ci ildə qəti rekord vuraraq 11300 carnet TİR həyata keçirib.

Qaynar.info