Ekonomiks 21:12 05.04.2013

Azərbaycan Ukraynaya qaz satacaq

Azərbaycan tərəfi öz təbii qazının Ukraynaya «svop» sxemi vasitəsilə ixracını təklif edib.

APA-nın məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Bu sxemə əsasən, Azərbaycan öz qazının müəyyən hissəsini Avropa dövlətlərinin birində Rusiya tərəfinə verir, əvəzində Rusiya həmin həcmdə qazı Ukraynaya ötürür. N.Əliyev hazırda bununla bağlı müzakirələrin getdiyinə görə, bu sxemin nə vaxt işə düşəcəyini dəqiq bildirməyib.

Onun sözlərinə görə, Azərbaycan qazının Ukraynaya «svop» üsulu ilə çatdırılması üçün müxtəlif məsələlər həll edilməlidir: «Bunun texnoloji və kommersiya şərtləri həll edilməlidir».

Qaynar.info