Dünya 15:22 26.06.2013

Azərbaycan üzrə həmməruzəçi sədr seçildi

Bu gün AŞPA-nın Avropa Xalq Partiyası qrupunda qrup sədri vəzifəsinə seçkilər keçirilib.

APA-nın Avropa bürosunun məlumatına görə, siyasi qrupda keçirilən seçkilərdə AŞPA Monitorinq Komitəsinin  Azərbaycan üzrə həmməruzəçisi, ispan deputat Pedro Aqramunt 56 səslə qalib gəlib. Qrupda ikinci yeri 46 səs toplamış Finlandiya təmsilçisi Kimmo Sasi tutub.

Qaynar.info