Ölkə 14:15 22.09.2018

Azərbaycan və Aİ arasında yeni saziş üçün danışıqların vaxtı açıqlandı

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqların növbəti raundu oktyabrın 2-3-də Brüsseldə keçiriləcək.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O qeyd edib ki, danışıqlar zamanı siyasi sahədə razılaşmalar müzakirə olunacaq.

Azərbaycanı danışıqlarda xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.