İdman 18:59 05.11.2017

Azərbaycan və Ermənistan klubları eyni çempionatda

Çempionlar Liqasının yeni formata keçidə hazırlaşdığı vaxtda qitənin müxtəlif yerlərində fərqli liqalarla bağlı axtarışlar davam edir. Belçika, Hollandiya, Şotlandiya, İsveç, Norveç kimi ölkələrin Skandinaviya liqasını qurmq cəhdindən sonra Şərqi Avropa ölkələri də hərəkətə keçib.

"Qaynarinfo" fanat.az-a istinadən xəbər verir ki, Balkan yarımadası, Qafqaz regionu və İsrail-Bolqarıstanı əhatə edən Meqa Liqa Foundation adlı fond Balkan ölkələrinin klublarından ibarət bir liqanın qurulacağını açıqlayıb. Bolaqıstan, Rumıniya, Serbiya, Xorvatiya, Sloveniya isə Balkan ölkələri ilə yanaşı, Azərbaycan, Ermənistan, Gürcüstan kimi Qafqasz respublikalarının və İsrailin klubları da bu liqada mübarizə aparacaq.

Bu liqada Balkan yarımadası, Qafqaz və Yaxın Şərq regionu, həmçinin Cənubi Kipr daxil olmaqla 17 ölkənin 42 klubu mübarizə aparmalıdı. Meqa 1 liqasında 20, Meqa 2 liqasında 22 komandanın mübarizə aparması nəzərdə tutulub.

Mövsümün sonunda 1-ci liqada son 3 pilləni tutmuş komandalar 2-ci liqaya düşəcək. 2-ci liqanı ilk üçlükdə bitirən komandalar isə yüksək liqaya yüksələcək. Ölkə çempionatları 3-cü liqa olacaq. 2-ci liqada son 5 pilləni tutan komandalar ölkələrinin liqalarına düşəcək, 5 yeni klub isə bu liqaya gələcək. Hər mövsüm ölkə liqalarında ən yaxşı yerləri tutan 40 komanda bu 5 vəsiqə uğrunda mübarizə aparacaq.

Qaynarinfo.Az