Ölkə 11:15 03.05.2013

Azərbaycan və Ermənistan prezidentləri görüşə bilər

Edvard Nalbandyan: “Yaxın zamanlarda Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində görüşün təşkili istisna olunmur”

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinin qəti şəkildə dalana dirəndiyini söyləyə bilmərəm, çünki proses davam edir”.

APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın işğal altında olan ərazilərinə səfər edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib. Nalbandyan bu ay Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün baş tuta biləcəyini deyib və yaxın zamanlarda prezidentlər səviyyəsində görüşün təşkilini istisna etməyib.

Qaynar.info