Ölkə 19:52 05.10.2017

Azərbaycan və Rusiya hərbi ekspertlərinin görüşü keçirildi

Azərbaycan və Rusiya müdafiə nazirliklərinin hərbi topoqrafiya ekspertlərindən ibarət heyətləri arasında Bakı şəhərində işçi görüşü keçirilib.

"Qaynarinfo" Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, tədbirdə Azərbaycan və Rusiya Silahlı Qüvvələrində hərbi topoqrafiya, geodeziya və kartoqrafiya sahəsində təcrübənin öyrənilməsi və tətbiqi barədə fikir mübadiləsi aparılıb.

Qaynarinfo.Az