Dünya 18:43 16.06.2019

Azərbaycan vətəndaşı əfsanəvi futbolçunun həyat yoldaşını maşınla vuraraq öldürdü (FOTO)

Ukraynanın Lvov şəhərində Azərbaycan vətəndaşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Lvov Regional Dövlət Administrasiyası məlumat yayıb. Bildirilir ki, hadisə iyunun 15-də yerli vaxtla 20:05-də qeydə alınıb.

Məlumata görə, 44 yaşlı azərbaycanlı "Mercedes" markalı avtomobildə Qorski küçəsi ilə hərəkətdə olarkən 77 yaşlı qadını vuraraq üstündən keçib. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Hüquq-mühafizə orqanlarındankı mənbələrin bildirdiyinə görə, ölən qadın "Karpat" klubunun (Lvov) əfsanəvi futbolçusu, "Olimpiya-L" ixtisaslaşmış uşaq-gənclər idman məktəbinin direktoru, gimnastika üzrə beynəlxalq dərəcəli hakim, Boris Rassıxinin həyat yoldaşı Lübov Rassıxinadır. ("Report")