Ekonomiks 13:32 22.03.2018

Azərbaycan vətəndaşları iki ayda Türkiyədə neçə ev alıb?

Azərbaycan vətəndaşlarının bu ilin yanvar-fevral ayları ərzində Türkiyədə aldığı evlərin sayı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsinin hesabatında məlumat verilib.

Azərbaycanlılar iki ayda qardaş ölkədə 128 ev alıblar. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 ev və ya 17,4% çoxdur. Evlərdən 65-i yanvar, 63-ü isə fevral ayında alınıb. 

Azərbaycan vətəndaşları iki ayda Türkiyədə ev alan əcnəbi vətəndaşlar arasında 9-cu pilləni tutub. Hesabat dövründə ən çox evi İraq vətəndaşları alıb - 580 ev. Səudiyyə Ərəbistanı 2-ci (338 ev), Rusiya 3-cü (249 ev), Əfqanıstan 4-cü (242 ev), Küveyt 5-ci (207 ev), İran 6-cı (205 ev), Almaniya 7-ci (142 ev), İordaniya 8-ci (130 ev) olub.

Aydın