İdman 20:16 30.05.2018

Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında Bolqarıstanı məğlub etdi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununa çıxıb.

"Report"un məlumatına görə, A qrupunda yer alan yığma Bolqarıstanla üz-üzə gəlib. 

Voleybol Mərkəzində baş tutan qarşılaşma Faiq Qarayevin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər oyununda isə Ukrayna Portuqaliyanı sınağa çəkib. Ukrayna bu görüşdə rəqibini 3:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, bu nəticədən sonra aktivində 9 xalı olan Azərbaycan yığması turnir cədvəlində Bolqarıstanla birlikdə 1-ci, 2-ci yerləri bölüşdürür. Ukraynanın 6 xalı olduğu halda, Portuqaliya hələ xal qazanmayıb.

Qızıl Avropa Liqası

A qrupu

IV tur

30 may

18:00. Azərbaycan - Bolqarıstan 3:1 (25:20, 23:25, 25:21, 25:21)

Hakimlər: Kristian Volf (İsveçrə), Eldar Zülfüqarov (Azərbaycan)

Bakı, Voleybol Mərkəzi