İdman 20:56 15.10.2013

Azərbaycan yığması ilə adı hallanan baş məşqçi Avropanın 1 nömrəsi oldu


Türkiyənin tanınmış məşqçisi Yılmaz Vural Avropanın ən çox komandayə rəhbərlik edən məşqçisi seçilib.

Qaynar.info
-nun xəbərinə görə, Vural professional məşqçilik karyerası ərzində indiyə qədər 22 komandaya rəhbərlik edib.

Vuralı 15 komanda ilə ingilis baş məşqçi Roy Hodson, 13 komanda ilə holland məşqçi Qus Hiddinq təqib edir.

Karyerası ərzində 1500 oyuna çıxan Ser Aleks Ferqyuson bu titulunu hələ də qoruyur. Tanınmış mütəxəssis çıxdığı oyunların 902-dən qələbə ilə ayrılıb.

Ferqyusonu 1359 matçın 706-da qələbə qazanan Arsen Venger təqib edir.

Qaynar.info