Ölkə 13:14 13.03.2014

Azərbaycan zirehli texnikaları döyüşə hazır vəziyyətə gətirildi

Müdafiə Nazirliyindən Azərbaycanın zirehli texnikalarının döyüşə hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı açıqlama verilib.

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı açıqlamasında Silahlı Qüvvələrimizin döyüşə hazırlığının daim artırılması və eləcə də maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində atılan addımların planlı şəkildə, mütəmadi olaraq həyata keçirildiyini qeyd edib.

Onun sözlərinə görə, zirehli texnikaların döyüşə hazırlıq vəziyyətlərinin yaxşılaşdırılması Müdafiə Nazirliyinin rəhbərliyinin daim diqqətindədir. /anspress/