Ölkə 16:10 16.01.2018

Azərbaycanda 10 min söz lüğətdən çıxarılacaq

"Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən 10 minə yaxın sözün çıxarılma ehtimalı var".

Qaynarinfo xəbər verir ki,bunu APA-ya AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Orfoqrafiya Komissiyasında müzakirələrin davam etdirildiyini vurğulayan akademik bildirib ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin sonuncu, 2013-cü il nəşrinə dialekt sözlər və eyni sözün 2 variantı daxil edilib: "Məsələn, orfoqrafiya lüğətinin son nəşrində "qarğamaq" və "qarğımaq" sözləri yazılıb. Düzgün variant təbii ki, "qarğımaq"dır".