"1500 hemofiliyalı xəstənin həyatı təhlukədədir". 

Qaynarinfo xəbər verir ki, bu sözləri baku.ws-ə Qan Donorları Assosiasiyası İB-nin sədri Fuad Əsgərov deyib.

O, təhlükəyə səbəb kimi hemofiliyalı xəstələrin ağrılarını azaldan "Faktor" preparatının Azərbaycanda qıtlığı ilə əlaqələndirib:

"Biz "Faktor" preparatı olmadan yaşaya bilmərik. Mərkəzdə isə dərman qıtdır. Bəziləri üçün isə heç yoxdur. Nazirliyin qaynar xətti isə cavab vermir. Mən Fuad Əsgərov təhlükə təbilini çalıram. Sovetlərdə istifadə olunan, dünyada isə artıq tarixə çevrilən Plazma preparatları istifadə olunur. 

Səhiyyə Nazirliyi bu məsuliyyəti dərk etməli idi və dövlətin ayırdığı maliyyəni düzgün dəyərləndirməli idi. Şəfa tapmayacaq xəstələrik, çünki bu xəstəliyin müalicəsi yoxdur. Bizim acılarımızın azalması üçün "Faktor" vurulmalıdır. Ölkədə isə qıtdır, zamanında alnmayıb. Dövlət büdcəsindən isə millyonlar gedib..."

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlamaq cəhdləri uğursuz alınıb.