Ölkə 18:39 10.09.2019

Azərbaycanda 2 nəfəri ildırım vurdu: Birinin vəziyyəti ağırdır

Bu gün günorta saatlarında Neftçala rayonunun Tatarməhlə kəndinin çöllük ərazisində qoyun otaran 2 nəfəri ildırım vurub.

Qaynarinfo virtualaz.org-a istinadən xəbər verir ki, Şamaxı rayonundan Neftçalaya köç edərək heyvandarlıqla məşğul olan 28 yaşlı Vaqif Azər oğlu Gərayevi və 29 yaşlı Tural Təvəkgül oğlu Abdullayevi ildırım vurub. 

Hadisə nəticəsində xəsarət alan hər iki şəxs Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardımdan sonra vəziyyəti normallaşan Tural Abdullayev ambulator müalicəyə buraxılsa da, xəstəxanaya qəbul edilən zaman vəziyyəti ağır olan Vaqif Gərayev reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda V.Gərayevin də vəziyyətinin yaxşılaşdığı deyilir