Azərbaycanda 3 yeni turizm zonası açılacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib.

Nazir bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq tender nəticəsində 3 şirkətlə 3 yeni turizm zonasının layihələndirilməsi üzərində çalışır: 

"Turizm zonalarının layihələndirilməsi 2018-ci ilin sonunadək davam edəcək. Bundan sonra isə onun icrasından danışmaq olacaq. Bütün imtiyazlar 3 və 4 ulduzlu hotellərin, ümumiyyətlə turizm infrastrukturunun qurulmasına imkan yaratmalıdır".