Ölkə 13:52 16.07.2013

Azərbaycanda 35 nəfər ölüb, 44 nəfər xəsarət alıb - STATİSTİKA

FHN 2013-cü ilin I yarısında respublikada baş verən hadisələrin statistikasını açıqlayıb

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) 2013-cü ilin I yarısında respublikada baş verən hadisələrin statistikasını açıqlayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu ilin birinci yarısında baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olan müxtəlif çağırışlar üzrə operativ olaraq 3723 çıxış olub. Yanğın hadisələri zamanı 35 nəfər həlak olub, 44  nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 1 nəfər və ya  3% çox, xəsarət alanlar üzrə isə 5 nəfər və ya  10% azdır.

 2013-cü ilin I yarısında respublika ərazisində 16 partlayış hadisəsi baş verib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 5  hadisə və ya 45% çoxdur. Partlayışlar zamanı  4 nəfər ölüb, 14  nəfər xəsarət alıb.