Ölkə 20:07 16.07.2019

Azərbaycanda ailə faciəsi: baba və nəvə dənizdə boğuldu

Bakıda baba və nəvə dənizdə boğulub.  

Qaynarinfo report-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunun Ələt qəsəbəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Ləman Orucova Xəzər dənizində çimərkən boğulub. Bunu görən 70 yaşlı Əmrağa Orucov nəvəsini xilas etmək istəyib, ancaq özü də boğularaq ölüb. 

Faktla bağlı araşdırma başlayır.