Siyasət 15:47 05.04.2013

Azərbaycanda Almaniya ayı sona çatdı (FOTOLAR)

Almaniya səfiri sualları cavablandırdı

Azərbaycan Avropa Hərəkatı “Almaniya ayı” çərçivəsində Almaniyanın Azərbaycandakı səfiri ilə gənclərin görüşünü və Opera gecəsi təşkil edib.

Hərəkatın mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, Almaniya Mədəniyyət Mərkəzində - KopelHous-da keçirilən tədbirdə Almaniyanın Azərbaycandakı səfiri Herbert Quelle “Avropa kontekstində Alman mədəniyyəti və tarixi” mövzusunda məruza ilə çıxış edib (Məruzənin tam mətni press relizə əlavə olunub). Daha sonra isə səfir tədbir iştirakçıların suallarını cavablandırıb. 

Məruzə başa çatdıqdan sonra Bakı Musiqi Akademiyasının tələbələri – Aytac Şıxəlizadə və Nərgiz Ağazadə qonaqların qarşısında alman operası ifa ediblər. Onlar Bramsın “O da safo” və Ştarussurun “İthaf” əsərlərini ifa ediblər.

2 saata yaxın davam edən tədbirin sonunda “Bismak” şirkətinin sponsorluğu ilə qonaqlar üçün fürşet təşkil olunub. Fürşetdə səfir iştirakçıları alman şərabına qonaq edib. 

Tədbirdə ümumilikdə 123 insan iştirak edib.

Qaynar.info