Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə əlaqədar ardıcıl 5 qeyri-iş günü olacaq.

Qaynarinfo xəbər verir ki, 2018-ci ilin dekabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2019-cu ilin yanvar ayının 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür. Dekabrın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf etdiyindən ardıcıl 5 gün - dekabrın 29, 30 və 31-də, yanvarın 1 və 2-də iş olmayacaq.