Ekonomiks 17:00 05.04.2014

Azərbaycanda avtomobil yolunun tikintisinə başlanıldı – VİDEO

Kənd sakinləri bu addımı yüksək qiymətləndirirlər.

Dörd min nəfər əhalinin yaşadığı, 5 yaşayış məntəqəsini birləşdirən, payız və qış mövsümündə avtomobillərin çətinliklə hərəkət etdiyi İsmayıllı-Göytəpə-Ruşan-Qalınçaq avtomobil yolunun tikintisinə start verilib.

El TV xəbər verir ki, ümumi uzunluğu 18 kilometr, eni 10 metr olan yolun qısa vaxtda istifadəyə verilməsi üçün ərazidə 10-dan artıq hamarlayıcı texnika – buldozerlər, avtoqreyderlər, özüboşaldan maşınlar işləyir. Bundan başqa əsas yol da genişləndirilir. Kənd sakinləri bu addımı yüksək qiymətləndirirlər.

Sakinlərin rahat hərəkətini, yolun təhlükəsizliyini təmin etmək üçün 3 yerdə 1000 millimetrlik beton və 8 yerdə 800 millimetrlik metal suötürücülərin qurulması nəzərdə tutulur. Hazırda ərazidə tikinti işləri getdiyindən sürücülər alternativ yollardan istifadə edirlər. İlin sonuna qədər yolun yüksək səviyyədə bərpa olunaraq sakinlərin istifadəsinə verilməsi planlaşdırılır.

Qaynar.info