Ekonomiks 16:32 07.07.2018

Azərbaycanda banklararası kredit faizləri yüksəldi

Azərbaycanda manatla ayrılan banklararası kreditlər üzrə orta faiz dərəcəsi artıb.

Qaynarinfo xəbər verir ki, bu göstərici may ayında daha 0,06 faiz bəndi artaraq iyunun 1-nə illik 11,64% təşkil edib.

Mərkəzi Bankın aylıq hesabatına əsasən, may ayında xarici valyutada kreditlərdə isə orta faiz dərəcəsi 5,18%-dən 5,74%-ə yüksəlib.

Qeyd edək ki, ilin əvvəlində manatda banklararası kreditlər üzrə orta faiz 11,80%, xarici valyutada isə 4,93% təşkil edib.