Tanınmış telejurnalist, Azad Azərbaycan telekanalının Bədii Şurasının sədri Etibar Babayev mərhum sənətkar Barış Mançoya kitab həsr edib.
Qaynarinfo bakupost.az-a istinadla xəbər verir ki, o, kitabı müğənninin 75 illiyi münasibətilə yazıb. "Barış körpüsü” adlanan kitab yeni il ərəfəsində çapdan çıxacaq.
"Kitaba Barış Mançonun həyat və yaradıcılığı, Azərbaycandakı fəaliyəti ilə bağlı kifayət qədər geniş materiallar, mənim və digər dostlarının xatirələri, eləcə də xeyli sayda fotoşəkil daxil edilib. Türk Dünyasının iftixarı olan ustadın dünyaya gəlişinin 75 illiyinə bu da mənim kiçik hədiyyəmdir”, - deyə E. Babayev qeyd edib.
Məlumat üçün bildirək ki, Etibar Babayevlə Barış Manço yaxın dost olublar.
Şərhlər