Xəbər lenti

Ekonomiks 15:27 18.02.2014

Azərbaycanda benzin istehsalı azaldı


Bu ilin yanvar ayında Azərbaycanda neft məhsullarının istehsalı müəssisələri tərəfindən istehsalın həcmi 170,4 mln. manat olmaqla əvvəlki ilin yanvar ayı ilə müqayisədə 11,7% azalıb.

APA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ay 119,3 min ton avtomobil benzini istehsal edilib ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 12,8% azdır.
 
Ölkənin neft-kimya sənayesində istifadə üçün nəzərdə tutulan benzinin istehsalı 74,1% azalaraq 2,8 min ton təşkil edib. Ötən ay ağ neft istehsalı da 2,2% azalaraq 60,5 min ton olub.
 
Bu müddət ərzində 198,7 min ton dizel yanacağı istehsal edilib ki, bu da 2013-cü ilin yanvar ayı ilə müqayisədə 17,4% azdır. Neft bitumunun istehsalı isə 26,2% azalaraq 18,0 min ton olub.
 
Bu ilin yanvar ayında neft məhsullarının istehsalında artım yalnız sürtgü yağlarında qeydə alınıb. Belə ki, hesabat ayında ölkədə sürtgü yağlarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 35,1% artaraq 5,0 min ton təşkil edib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->