Ölkə 22:46 25.08.2013

Azərbaycanda bir SMS ailə dağıtdı - ŞOK TƏFƏRRÜAT

Naməlum şəxsdən gələn mesaj gənc ailəyə dava saldı, 27 yaşlı bir uşaq anası canına qıydı

Şabranda rayonunda intihar hadisəsi qeydə alınıb. Ansprss-in məlumatına görə, bir uşaq anası olan gənc qadın özünü Samur-Şabran kanalına atıb. 

Qonşuların söylədiklərinə görə, 22.10.88 təvəllüdlü Ramilə Yaqub qızı Eyvazovanın mobil telefonuna tanımadığı şəxdsən mesaj gəlib. Həyat yoldaşı bundan qəzəblənərək dava salıb və mesaj yazanın kimliyini araşdırmaq üçün arvadını da götürüb qayınatasıgilə gəlib. 

Əri tərəfindən danlanan və təhqir edilən Ramiləni valideynləri də danlayıblar. Təzyiqlərə tab gətirməyən 25 yaşlı qadın çıxış yolunu intiharda görüb və özünü Samir-Şabran su kanalına ataraq həyatına son qoyub. 

Hadisə 24 avqustdan 25-ə keçən gecə baş verib. İntihar hadisəsi ilə bağlı xəbər polisə səhər verilib. Gün ərzində Ramilənin meyidinin axtarışı heç bir nəticə verməyib. 

Şabran Rayon Polis Şöbəsinin rəisi Məmmədmusa Hüseynov axtarışların davam etdiyini və hadisənin araşdırdığını bildirir. 

Qaynar.info