Paytaxtda və bölgələrdə pendirin qiyməti artıb. Satıcıların sözlərinə görə, bahalaşma 30-40 faizə yaxındır.

"Qaynarinfo" Xəzərxəbər-ə istinadən xəbər verir ki, satıcılar bildirirlər ki, pendirin qiymətinin artmasına səbəb heyvan yemlərinin bahalaşmasıdır.

Bölgələrdə də pendirin qiyməti artıb.Rayon bazarlarında təxminən 30-40 faiz bahalaşma nəzərə çarpır.

Burda da satıcılar qiymət artımını həm yemin həmdə satın alaraq pendir hazırladıqları südün bahalaşması ilə əlaqələndirirlər.

Kənd Təsərrüfatı Nazirlyindən isə xəzər xəbərə bildirildi ki,indi kifayət qədər yem ehtiyatı var.Lakin südün az olduğu bir mövsümdür.Bu səbəbdən də pendirin cüzi bahalaşması normaldır.Dekabr ayından etibarən isə qiymətlərin enəcəyi gözlənilir.

Qaynarinfo.Az